Yeni mövsümün ilk transferi “apasport”da!
25.04.2013 - 17:13
“İqtisadçı” növbəti mövsüm üçün yeni heyət qurur. Apasport.az saytının məlumatına görə, Super Liqada gümüş medal uğrunda mübarizə aparan universitet komandası 2013/2014 mövsümü üçün artıq ilk transferini rəsmiləşdirib.
Belə ki, klub rəhbərliyi avstraliyalı Reyçel Rurkun keçidini həll edib və onunla 1 illik müqavilə bağlayıb. 192 sm boya malik hücumçu son 2 ili Polşa “Atom”unda keçirib. O, Sopot təmsilçisi ilə qızıl və gümüş medallara yiyələnib.
24 yaşlı Rurk “Atom”dan öncə Avstraliyanın “Queensland”, “QAS Pirates”, ABŞ-ın “Oregon State University” və İtaliyanın “San Vito” klublarında oynayıb. Reyçel Türkiyənin “İlbank” və “Beşiktaş” komandalarının da transfer siyahısında olsa da, sonda “İqtisadçı”nı seçib. Burada maliyyə şərtləri də önəmli rol oynayıb.
Qeyd edək ki, Rurk Çempionlar Liqasında klublarımıza qarşı forma geyinib.

0
0