“Rabitə” məğlub etdi, ölkə çempionatını tərk edir
26.04.2013 - 08:17
“Rabitə” məğlub etdi, ölkə çempionatını tərk edir
İtaliyanın voleybol klublarında maliyyə böhranı davam edir. Apasport.az saytının məlumatına görə, qadın komandası olan “Krema” və “Modena”nın ardınca məşhur “Villa Kortese” də ölkə çempionatında çıxış etməyəcəyini rəsmən bəyan edib.

Belə ki, bu mövsüm Çempionlar Liqasında Azərbaycan çempionu “Rabitə” ilə eyni qrupda yer alan A seriyasının vitse-çempionu növbəti ildə aşağı divizionda oynayacaq. Bunu klubun prezidenti Favio Radice açıqlayıb. Onun sözlərinə görə, 4 ildir komandaya kifayət qədər pul xərcləsə də, lazımı uğuru qazana bilməyiblər.

Qeyd edək ki, “Rabitə”nin hər 2 oyunda məğlub etdiyi “Villa Kortese” 2011-ci və 2012-ci illərdə A seriyasının finalında, 1 il öncə isə “Dördlər finalı”nın yarımfinalında uduzub.