Avrokuboklardakı təmsilçilərimiz müəyyənləşdi
26.04.2013 - 18:53
Azərbaycan Super Liqasının mükafatçılarının tam siyahısı müəyyənləşdikdən sonra avrokuboklardakı təmsilçiliyimizə də aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, ölkəmizin reytinqdəki yüksək mövqeyinə uyğun olaraq 2 klub Çempionlar Liqası, 2 komanda isə CEV kubokunda mübarizə aparacaq.
Çempionluğu xeyli əvvəl təmin edən “Rabitə” ilə yanaşı qitənin ən nüfuzlu klub turnirində oynamaq hüququnu gümüş medalı son turda əldə edən “İqtisadçı” qazanıb.
Gümüş arzuları ilə son anda vidalaşıb 3-cü olan “Azərreyl” və “Lokomotiv” isə Azərbaycanı CEV kubokunda təmsil edəcək. Lakin 5-ci olan “Azəryol-Bakı” da avrokubok ümidini itirməyib.
Belə ki, ötən mövsümkü kimi CEV-in ölkəmizə Çempionlar liqasında əlavə yer verməsi istisna deyil. Bu halda 3-cü olan “Azərreyl” də həmin yarışda oynayacaq cütlüyə qoşulacaq. CEV kubokunda “Lokomotiv”lə birlikdə 2-ci təmsilçimiz isə birləşmiş komanda olacaq.

0
0