Dünya voleybolunda görünməmiş hadisə: Gümüşü ikiyə böldülər
26.04.2013 - 19:22
Dünya voleybolunda görünməmiş hadisə: Gümüşü ikiyə böldülər
Bu gün başa çatan Azərbaycan Super Liqasında yarışın əsasnaməsi pozulub. Apasport.az saytının məlumatına görə. Təşkilatçılar son anda gümüş mükafatın sahibini müəyyənləşdirə bilməyərək hər 2 komandanı 2-ci yerə layiq biliblər. Bu isə dünya voleybolunda görünməmiş hadisədir.

Hərçənd xalları və set fərqi eyni olan “İqtisadçı” və “Azərreyl”in top fərqini müqahisə edəndə “tələbələr” 2-ci. “Azərreyl” 3-cü olmalı idi. Lakin bürüncü sahibsiz qoyan təşkilatçılar hər 2 komandaya gümüş verməyi lazım bilib.

Maraqlıdır görəsən 2-ci yerin sahibi kimi Çempionlar Liqasına kim yollanacaq?

Qeyd edək ki, I yeri “Rabitə” tutub.