“Rabitə” kubokuna qovuşdu, Əsasnamə son anda dəyişdi
26.04.2013 - 19:31
Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasına yekun vurulub. Apasport.az saytının məlumatına görə, baş tutan XXVIII turun oyunlarından sonra mükafatlandırma mərasimi keçirilib. Bu tədbirlə də 2012/13 mövsümü başa çatıb.
Voleybol Mərkəzində baş tutan tədbir bədii hissə ilə start götürüb. Əvvəl əvəzedicilərin çempionatında ən yaxşılar mükafatçılar qənimətlərinə qovuşub. Burada “Azərreyl” bürünc, “İqtisadçı” gümüş, “Azəryol-Bakı” qızıl əldə edib.
2-ci yeri son turda əldə edən “İqtisadçı gümüş, vitse-çempionluğu son anda itirən “Azərreyl” bürünc medallarını almalı olsa da, hər 2 komandaya eyni əyarlı medal verilib. Belə ki, bürüncü sahibsiz qoyan təşkilatçılar hər 2 kluba gümüş verməyi lazım bilib. Bundan sonra 6-cı dəfə Azərbaycan çempionu adını qazanan “Rabitə” kuboka qovuşub. Çempionatın sona çatmasından xeyli əvvəl 1-ci yeri təmin edən Marçello Abbondanzanın yetirmələri kluba qazandırdıqları fəxri kubokla yanaşı öz qızıl medallarını da alıb.

0
0