Veteranların oyununun başlama vaxtı bəlli oldu
27.04.2013 - 06:43
Veteranların oyununun başlama vaxtı bəlli oldu
Xəbər verdiyimiz kimi, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə respublikamızın Özbəkistandakı səfirliyinin təşkilatçılığı ilə bu gün Daşkənd şəhərində Özbəkistan və Azərbaycanın futbol veteranları arasında yoldaşlıq oyunu keçiriləcək. Apasport.az saytının məlumatına görə, qarşılaşmanın başlama vaxtı açıqlanıb.

Görüş saat 17:30-da start verəcək.