“Məmmədovanın sağlamlığında problem var”
27.04.2013 - 12:08
Rusiyanın tanınmış voleybol veteranı Yelena Qodina Azərbaycan milli komandasının üzvü Natalya Məmmədovanın çıxış etdiyi “Omiçka” klubu üçün əvəzolunmaz lider olduğunu düşünür. Apasport.az saytının məlumatına görə, ölkəsinin ən titullu voleybolçularından olan xanım Omsk təmsilçisinin yarımfinalda Kazan “Dinamo”suna məğlubiyyətinin səbəbini açıqlayıb.
10 qat Rusiya çempionu “Omiçka”nın məğlubiyyətini məhz Məmmədovanın adı ilə bağlayıb. Qodina bildirib ki, liderinin zəif oyunu bütün komandaya təsir edib: “Bilirəm ki, Natalya Məmmədovanın oyunu müəyyən mənada alınmadı. Onun sağlamlığında müəyyən problemlərin olması voleybolçuya bacarığını tam göstərməyə imkan vermədi. Əvəzində rəqib daha inamlı çıxış etdi”.
Qeyd edək ki, Natalyanın komandası pley-offun ilk 2 oyununda 1:3 və 0:3 hesabı ilə uduzuv.

0
0