İlk oyunda "Qala-Atena" sevindi
27.04.2013 - 13:06
İlk oyunda "Qala-Atena" sevindi
Bu gün basketbol üzrə XX Azərbaycan çempionatında final mərhələsinin ilk oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, “The Club Port Baku”da baş tutan qarşılaşmada "Qala-Atena" Gəncə şəhərin komandası ilə görüşüb.

2 qələbəyədək davam edən pley-off oyunlarından birincisində komandalar arasında gərgin mübarizə ilə əlamətdar olub. Paytaxt basketbolçuları gəncəliləri çətinliklə məğlub edib – 60:53.

27 aprel
"Qala-Atena" - Gəncə şəhərinin komandası - 60:53.

Qeyd edək ki, finalın 2-ci oyunu mayın 3-də baş tutacaq.