Hücumçumuz finala həsrət qaldı
27.04.2013 - 15:43
Bu gün qadın voleybolçular arasında Rusiya çempionatında yarımfinal mərhələsinin 3-cü oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu “Omiçka” öz meydanında son çempion Kazan “Dinamo”sunu qəbul edib.
İlk 2 matçda 1:3 və 0:3 hesabı ilə uduzan Omsk təmsilçisi bu dəfə də meydanı başıaşağı tərk edib - 0:3 (19:25, 21:25, 12:25). Pley-off seriyasında 3-cü dəfə uduzan Məmmədovanın komandası bununla da finala həsrət qalıb.
Qeyd edək ki, kazanlıların finaldakı rəqibi “Uraloçka” – “Dinamo” (Moskva) cütündə müəyyənləşəcək.

0
0