Caynaqsız pişik
27.04.2013 - 16:22
Caynaqsız pişik
Azərbaycan milli komandasının voleybolçusu Natalya Məmmədovanın Rusiyanın “Omiçka klubu üçün nə dərəcədə vacib fiqur olması bir daha üzə çıxıb. Apasport.az saytının məlumatına görə, buna rusiyalı həmkarlarımız qiymət verib.

Onlar ölkə çempionatının yarımfinal mərhələsinin Kazan “Dinamo”su ilə 3-cü pley-off oyununda meydana çıxmayan Məmmədovanın yoxluğunun 0:3 hesablı məğlubiyyətin əsas səbəblərindən olduğunu düşünür. 2-ci oyunda zədə üzündən əvəzlənən hücumçunu III yer uğrunda duel üçün qoruyan “Omsk pişikləri”nin yenilgisini Rusiya mətbuatı qısaca belə dəyərləndirib: “Məmmədovasız “pişiklər” çaynaqsız kimidir”.

Qeyd edək ki, kazanlılar 3 qələbə qazanmaqla finala yüksəlib.