FİBA Avropanın Hakimlər Departamentin direktoru Bakıya gəldi
29.04.2013 - 16:17
FİBA Avropanın Hakimlər Departamentin direktoru Bakıya gəldi
Mayın 1-4-də Bakıda basketbol üzrə hakimlik seminarı keçiriləcək. Basketbol Federasiyasından apasport.az saytına verilən məlumata görə, FİBA Avropa Hakimlər Departamentin direktoru Riçard Stoksun rəhbərliyi altında baş tutacaq seminarda qurumun hakimləri və məşqçilər korpusu iştirak edəcəklər.

Dərslər “Days” otelin konfrans zalında keçiriləcək. Seminarın yekununda uğurla imtahan verən hakimlərə ABF tərəfindən FİBA Avropanın sertifikatları veriləcək.