Yığmamızın lideri üçün bürünc görüşü
29.04.2013 - 17:24
Yığmamızın lideri üçün bürünc görüşü
“Omiçka”nın Rusiya Superliqasında bürünc medal uğrunda “Uraloçka” ilə görüşünün vaxtı bilinib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının voleybolçusu Natalya Məmmədovanın şərəfini qoruduğu Omsk təmsilçisi ilk 2 görüşünə mayın 6-da və 7-də çıxacaq.

Qalib 3 qələbənin yekununa əsasən müəyyənləşəcək. Növbəti oyunlar isə “Uraloçka”nın meydanında keçiriləcək. Belə ki, əgər mayın 12-də olacaq 3-cü oyun bürünc medalçı dəqiqləşməsə, 3 gün sonra 4-cü duel baş tutacaq.

Qeyd edək ki, “Omiçka” qrup mərhələsində “Uraloçka”ya hər 2 matçda 3:1 hesabı ilə qalib gəlib. Finalda isə Moskva və Kazan “Dinamo”ları üz-üzə gələcəklər.