“Ekspertlərin bütün rəylərini alt-üst etdik” - MÜSAHİBƏ
30.04.2013 - 08:51
“Ekspertlərin bütün rəylərini alt-üst etdik” - MÜSAHİBƏ
Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədova Rusiya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, zədələnməsi haqda yayılan xəbərləri təkzib edən hücumçu “Omiçka”nın heyətində “Uraloçka”ya qarşı bürünc medal uğrunda görüşlərdə meydanda olacağını deyib.

- Kazan “Dinamo”su ilə yarımfinal seriyasının son matçını buraxdınız. Zədənizin ciddi olması nə dərəcədə həqiqətə uyğundur?
- Mən üçüncü yer uğrunda seriyada çıxış edəcəm. Çiynimin zədəsi haqda yayılan məlumatlar həqiqəti əks etdirmir. Belə bir problemim bir neçə il əvvəl olmuşdu.

- Belə çıxır ki, həmin zədəniz arxada qalıb?
- Bəli, ötən yay çiynimdəki həmin problemi tam müalicə etdim. Cari mövsümdə 557 hücum etmişəm və 48 faiz dəqiqlik nümayiş etdirmişəm. Əgər çiynimdə problem olsaydı, belə yükü qaldırmağım real görünməzdi.

- Elə isə ikinci oyunda erkən əvəzlənib, son matçı buraxmağınız nə ilə bağlıdır?
- Yarimfinal seriyasının ikinci oyununda əzələm dartılmışdı. Bu durumda oynamaq yalnız sağlamlıq bahasına mümkün olardı. Buna görə də məşqçilərimə təşəkkür edirəm ki, üçüncü qarşılaşmada mən meydana buraxmadılar. Hərçənd həmin oyunun dəyəri çox yüksək idi. Bu fasilə bərpa olunmağıma kömək etdi. Mən indi tam qaydasındayam. Bürünc uğrunda oyunlarda bütün qüvvəmi meydanda qoya biləcəm.

- Qarşıda sizi bürünc medal uğrunda çox vacib oyunlar gözləyir. “Uraloçka” ilə matçlar barədə nə düşünürsüz?
- Mövsüm ərəfəsində bəzi mütəxəssislər “Omiçka”ya tam uğursuzluq vəd edirdi. Onların belə proqnozları bizə əlavə güc verdi. Biz artıq həmin ekspertlərin bütün rəylərini alt-üst etmişik. Cari mövsüm “Omiçka”nın tarixində artıq ən uğurlusu olub. Komanda ilk dəfə CEV kubokunun yarımfinalına yüksəlib. Rusiya çempionatının ilk “dördlüyü”nə çıxmaq isə ən yaxşı nəticənin təkrarıdır. Lakin bu dəfə “Omiçka” bu yolu Superliqanın pley-offundan keçib. İndi biz hər şey edəcəyik ki, görülən iş aşkar hiss olunsun. Bunun üçün medal qazanmağımız vacibdir.