“Rabitə” qovdu, “Azərreyl” istəyir - FOTO
30.04.2013 - 09:03
Tanınmış italiyalı məşqçi Covanni Kaprara karyerasını Azərbaycanda davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, daha çox 2005-2008-ci illərdə Rusiya millisini çalışdırmaqla ad çıxaran mütəxəssis “Azərreyl”dən real təklif alıb.
İyuna qədər müqavilə ilə “Pyaçentsa” klubuna bağlı olan Kaprara komandasına İtaliya kubokunu qazandırıb, “Çelenc Cup”ın finalına daşıyıb. A seriyasının yarımfinalına vəsiqəni əvvəlcədən təmin edən klubun çalışdırıcısı hazırda ölkəmizdən gələn təklif haqda düşünmədiyini və bütün fikrini İtaliya çempionatının irəidəki oyunlarına yönəltdiyini bildirib: “Mövsümə “Villa Kortese” klubunda başladım. İndi “Pyaçentsa”dayam. Mövsümün sonunda isə mətbuat məni Bakıya göndərir. Hərçənd, öz iş günümü “Pyaçentsa”da keçirirəm. Əgər məşqçiyə tələbat varsa, bu, yaxşıdır. Amma istəməzdim ki, kimsə mənim fikirlərimin burada yox, başqa klubun yanında olduğunu düşünsün. Mən yalnız öz komandamla məşğulam. Gələcəklə bağlı məsələlər isə yayın işidir”.
Qeyd edək ki, Kaprara “Villa Kortese”nin Çempionlar Liqasında uğursuz çıxışından sonra istefaya göndərilmişdi. Həmin uğursuzluq isə əsasən “Rabitə”yə hər 2 oyunda məğlubiyyətlə bağlıdır.

0
0