“Daha 1 il “Rabitə”nin şərəfini qoruyacam” - FOTO
30.04.2013 - 12:10
“Rabitə” ABŞ millisinin voleybolçusu Foluke Akinradevo ilə müqaviləsini uzadıb. Apasport.az saytının məlumatına görə, bu barədə blokçunun özü məlumat verib.
O bildirib ki, Azərbaycan çempionu ilə müqaviləsinin müddətini artırıb: “Mən artıq “Rabitə” ilə yeni müqavilə imzalamışam. Daha 1 il bu komandanın şərəfini qoruyacam”.
Qeyd edək ki, 2012/13 mövsümünün əvvəlində “Rabitə”yə transfer olunan Foluke Bakı təmsilçisi ilə Azərbaycan çempionu, Çempionlar Liqasının və klublararası dünya çempionatının vitse-çempionu adını qazanıb. O, Super Liqanın rəmzi yığmasına daxil edilib.

0
0