“Rabitə”də keçirdiyim vaxtdan zövq alıram” - MÜSAHİBƏ
30.04.2013 - 13:14
“Rabitə”də keçirdiyim vaxtdan zövq alıram” - MÜSAHİBƏ
“Rabitə”nin voleybolçusu Foluke Akinradevo Rusiya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, ABŞ millisinin blokçusu Azərbaycan karyerasından da danışıb.

- Krasnodar klubundan ayrıldığını 1 ildə həyatınızda nə dəyişikliklər olub?
- Əsas dəyişikliklər oyun planında olub. Birincisi, yığma ilə London Olimpiadasının gümüş mükafatını qazandıq. İkincisi isə özüm üçün yeni ölkəyə transfer olunub yeni klubumla müqavilə imzaladım. İndi “Rabitə”nin şərəfini qoruyuram ki, bu klubla ölkə çempionu, Çempionlar Liqasının finalçısı oldum. Şəxsi həyatıma gəlincə isə burada heç bir dəyişiklik yoxdur.

- “Rabitə” haqda nə deyə bilərsiz?
- Bakı çox xoşuma gəlir. Ora çox istirahət günü məkanları, magazaları, restoranları çox olan gözəl şəhərdir. Açığını deyim ki, “Rabitə”də keçirdiyim vaxtdan zövq alıram. Burada dil problemi ümumiyyətlə yoxdur. Hamı ingilis dilində danışır. Şəhərin özündə də hamı ingiliscə danışır. Bu mənada mənim üçün Rusiyadakından daha asandır. Gəlin açıq danışaq, Krasnodarda məhz belə məsələlərdən mənə çətin idi.

- Krasnodarda “Dinamo” azarkeşlərinin sevimlisi idiniz. Yenidən geri qayıtmaq fikriniz yoxdur ki?
- Mən artıq “Rabitə” ilə müqaviləmi daha 1 il müddətinə uzatmışam. Ondan sonra isə hər şey mümkündür.

- “Dinamo”nun çıxışlarını ziləyirsiniz?
- Əlbəttə. Keçmiş komandamın “Çelenc Cup”ı qazanmağından da xəbərim var. Bilirəm ki, bu klub tarixində böyük hadisədir. Komandanın ölkə çempionatının 1/4 finalında “Omiçka”ya uduzması isə xoşagəlməz hadisədir. Lakin idmanda hər şey olur.