Azərbaycan çempionatı ən yaxşısını itirdi
01.05.2013 - 08:10
Azərbaycan çempionatı ən yaxşısını itirdi
“Rabitə”nin kolumbiyalı legioneri Madeleyne Montano karyerasını Türkiyədə davam etdirəcək. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi mövsümün əvvəlində Cənubi Koreyanın “Daejeon” komandasından transfer etdiyi ulduz voleybolçu ilə müqaviləni yeniləməyib.

Belə ki, 1 illik müqaviləsi başa çatan Montano “Rabitə”dən ayrılıb. O, artıq özünə yeni komanda da tapıb. Kolumbiya millisinin lideri çıxışını “Qalatasaray”da davam etdirəcək. 2012/2013 mövsümündə Super Liqanın ən dəyərli oyunçusu seçilən Madeleyne İstanbul klubu ilə 1 illik rəsmi müqavilə imzalayıb.

Qeyd edək ki, “Rabitə” ilə Azərbaycan çempionu adını qazanan Montano klublararası dünya çempionatının və Çempionlar Liqasının da finalçısı da olub. O, həmçinin bakılılarla ÇL-in bombardiri adını qazanıb.