Səmədov Azərbaycan millisinə çağırıldı
01.05.2013 - 16:43
Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmamızın bolqarıstanlı baş məşqçisi Plamen Xristov dünya çempionatının I təsnifat mərhələsində güvənəcəyi voleybolçuları müəyyənləşdirib.
O, siyahıya 13 oyunçunun adını daxil edib. Bunlar Emil Abdullayev, Aqil Ağazadə, Asif Əliyev, Kənan Allahverdiyev, Vüqar Bayramov, Aleksey Çervyakov, Tural Həsənli, Fərid Cəlalov, Vadim Kutukov, Dmitri Obodnikov, Pərviz Səmədov, Cavid Süleymanov və Aleksandr Teterindir. Maraqlıdır ki, bu voleybolçulardan Cəlalov “İqtisadçı”da baş məşqçi əvəzi, Səmədov isə “Rabitə”də köməkçi məşqçi işləyir.
Qeyd edək ki, komandamız mayın 23-26-da Xorvatiyada ev sahibləri, Bosniya və Herseqovina və Hollandiya ilə gücünü yoxlayacaq.

0
0