Ronaldonun agenti: PSJ variantı tamamilə mümkündür
04.05.2013 - 00:10
Ronaldonun agenti: PSJ variantı tamamilə mümkündür
“Real”ın hücumçusu Kriştianu Ronaldonun agenti Corc Mendeş portuqaliyalı futbolçunun yayda komandanı tərk edib, PSJ ilə anlaşması ilə bağlı maraqlı fikirlər səsləndirib. Apasport.az saytının məlumatına görə, menecer təcrübəli forvardın karyerasını Paris klubunda davam etdirməsinin mümkün variantlarından biri hesab edir.

Mendeş ispan mətbuatına bunları deyib: “Bu normaldır ki, böyük klublar güclü futbolçularla maraqlanır. Ona görə PSJ variantı tamamilə mümkündür”.

Qeyd edək ki, daha əvvəl ingilis jurnalistləri iddia edirdi ki, Ronaldonun xidmətində “Mançester Yunayted” də maraqlanır.