Zədəli hücumçumuza həsəd aparırlar - FOTO
06.05.2013 - 09:34
Qadın voleybolçular arasında Rusiya Superliqasının pley-off mərhələsinin yaxşılarının siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının hücumçusu Natalya Məmmədova 1/4 və 1/2 final mərhələlərinin yekunlarına əsasən ən yaxşılardan biri olub.
Əsas mərhələnin ən məhsuldar voleybolçusu olan təmsilçimiz pley-offun 5 qarşılaşmasında meydana çıxaraq mübarizə apardığı 16 setdə 109 xal qazanıb. Karyerası boyunca oynadığı bütün klublarda bombardirlik keyfiyyətləri ilə seçilən Natalya Kazan “Dinamo”sunun əfsanəsi Yekaterina Qamovanı 7 xal qabaqlayıb. Lakin sonuncu meydanda 1 set çox olub. Bu da hücumçumuzun zədə üzündən 1 oyunu buraxması, digərində isə əvəzləmələrlə meydana çıxması ilə bağlıdır. Hər set üzrə qazanılan orta xala görə də Məmmədovanın tayı bərabəri yoxdur – 6,81. Bu göstəricidə də 2-ci Qamovadır – 6,00.
Qeyd edək ki, ötən mövsüm Məmmədova ilə birlikdə “Rabitə”də Azərbaycan çempionu olan Nataşa Osmokroviç Moskva “Dinamo”sunun heyətində göstərdiyi top qəbulundakı dəqiqliyə görə 1-cidir.

0
0