Yığmamızın oyunçusu əfsanəni yenə məyus etdi
06.05.2013 - 18:00
Qadın voleybolçular arasında Rusiya Superliqasında üçüncü yer uğrunda oyunlara start verilib. Apasport.az saytının məlumatına gorə, 3 qələbəyə kimi davam edəcək mərhələnin ilk görüşündə Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədovanın şərəfini qoruduğu “Omiçka” “Uraloçka” ilə qarşılaşıb.
Matç təmsilçimizin komandasının qələbəsi ilə başa çatıb. Omsk klubu əfsanə Nikolay Karpolun çalışdırdığı “Uraloçka”ya ilk setdə uduzsa da, ardınca 3 hissəni akivinə yazıb – 3:1 (24:26, 27:25, 25:23, 25:16). Tərəflər arasında növbəti qarşılaşma sabah olacaq.
Qeyd edək ki, “Omiçka” əsas mərhələnin hər 2 oyununda da “Uraloçka”ya 3:1 hesabı ilə qalib gəlmişdi.

0
0