Zoran Terziç millimizin hücumçusunu təriflədi
07.05.2013 - 01:04
“Komandamı təbrik etmək istəyirəm. Bu, çox həyəcanlı oyun idi, amma yaxşı nəticə ilə başa çatdı. Biz bu mövsüm dörd dəfə “Uraloçka”ya qarşı oynadıq və heç bir matçı uduzmadıq. Belə vəziyyət kifayət qədər təhlükəlidir. Çünki daim qalib gəlib, güclü komanda ilə oynamaq olmaz. Bu səbəbdən bizə sonuna kimi cəmləşmək lazımdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Omiçka”nın baş məşqçisi Zoran Terziç deyib.
O, qadın voleybolçular arasında Rusiya Superliqasında üçüncü yer uğrunda oyunun ilk görüşündə “Uraloçka” üzərində qazanılan 3:1 (24:26, 27:25, 25:23, 25:16) hesablı qələbəyə şərh verib. Terziç Omsk təmsilçisinin heyətində çıxış edən və rəqibləri qarşısında gözəl oyunu ilə diqqət çəkən Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədovanı tərifləyib: “Allaha şükür, Natalyanın sağlamlığı qaydasındadır. O, bunun öhdəsindən gəlməlidir. Məmmədova ümumiyyətlə unikal oyunçudur. Mən ilk dəfə məşqçi karyeramda belə voleybolçu ilə qarşılaşıram. Hansı ki, stabil olaraq bütün mövsüm boyunca yüksək səviyyədə oynayır. Axı mən Rusiya çempionatını dünyada ən yaxşılardan biri hesab edirəm”.
Qeyd edək ki, bu komandalar arasında növbəti qarşılaşma bu gün keçiriləcək.

0
0