“Rabitə” daha bir zirvəni fəth etdi - FOTO
07.05.2013 - 08:52
Son illərin dəyişməz Azərbaycan çempionu olan “Rabitə” voleybol komandası yenə azarkeşlərini təəccübləndirib. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi növbəti yeniliyə imza atıb.
Belə ki, “Rabitə” rəsmiləri mərhum prezident Heydər Əliyevin 90 illiyi ilə bağlı “Heydər zirvəsi”nə yürüş ediblər. Onlar Xınalıq kəndi ərazisindən dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə qalxmağa müvəffəq olublar. Yürüş iştirakçıları Heydər Əliyevin Böyük Qafqaz dağ silsiləsinin Qızıl Qaya massivinin ən yüksək nöqtəsində qoyulmuş barelyefini ziyarət edərək, mərhum prezidentin xatirəsini yad ediblər.

0
0