Yığmamızın hücumçusundan əfsanəyə 22 zərbə - FOTO
07.05.2013 - 09:00
Rusiya Superliqasının bürünc medal uğrunda seriyada “Omiçka” – “Uraloçka” oyununda Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədovanın topladığı xal məlum olub. Apasport.az saytının məlumatına görə, Omsk təmsilçisinin şərəfini qoruyan hücumçumuz 3:1 hesabı ilə qalib gəldikləri matçda yenə bombardir adını qazanıb.
Belə ki, Məmmədova canlı əfsanə Nikolay Karpolun çalışdırdığı “Uroloçka” ilə görüşdə 22 xal toplayıb. Onun ən yaxın izləyicisi isə komanda yoldaşı Nelli Alişeva olub. O, 21 dəqiq zərbə vurub.
Qeyd edək ki, cütün qalibi 3 dəfə qalib gələcək komanda olacaq. Tərəflər arasında ikinci matç bu gün olacaq.

0
0