Azərbaycan çempionatının beşincisi rəsmən avrokubokda!
10.05.2013 - 13:01
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında 5-ci yeri tutan “Bakı-Azəryol” avrokubokda çıxış edəcək. Apasport.az saytının məlumatına görə, “İqtisadçı”nın Çempionlar Liqasına güzəştli kart alması onların qarşısında “yaşıl işıq” yandırıb.
Belə ki, qitənin ən nüfuzlu klub turnirində 2 deyil, 3 komandamız çıxış edəcəyindən CEV kubokunda 4-cü yerlə yanaşı, 5-ci pillənin sahibi mübarizə aparacaq. Bu turnirdə “Lokomotiv”lə cütlük təşkil edəcək “Bakı-Azəryol” ardıcıl ikinci il bu turnirdə oynayacaq.
Qeyd edək ki, Çempionlar Liqasında “İqtisadçı” ilə bərabər, “Rabitə” və “Azərreyl” gücünü yoxlayacaq.

0
0