5 oyunluq cəzalanıb, Azərbaycana gəlir - FOTO
10.05.2013 - 16:14
Yeni mövsümdən “Azərreyl”i çalışdıracaq Covanni Kaprara İtaliya Voleybol Federasiyası tərəfindən ciddi cəzaya məruz qalıb. Apasport.az saytının məlumatına görə, hazırda “Pyaçentsa”nı çalışdıran mütəxəssis 5 oyunluq cəzalandırılıb.
Buna A seriyasının final mərhələsinin “Konegliano” ilə baş tutan 3-cü matçında yaşananlar səbəb olub. Belə ki, Kaprara qarşılaşma zamanı hakimə etiraz etdiyi üçün qırmızı vərəqə alıb. Federasiyanın intizam komitəsi isə onun hərəkətini 5 oyunluq cəzaya layiq bilib.
Qeyd edək ki, görüş Kapraranın yetirmələrinin 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Bundan öncəki 2 görüşdə qələbə qazanan “Pyaçentsa” qalib gələcəyi halda çempion olacaqdı.

0
0