Rəqibimizin heyəti bilindi
11.05.2013 - 09:46
2014-cü ildə keçiriləcək dünya çempionatının I təsnifat mərhələsində kişi voleybolçulardan ibarət Azərbaycan yığmasının rəqibi olan Xorvatiya millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi İqor Simunçiç güvənəcəyi oyunçuları müəyyənləşdirib.
O, təmsilçimizlə görüş üçün 25 voleybolçuya dəvət göndərib. Bunlar Leo Andriç, Ante Koliç, İvan Kosiç, Andelko Kuk, Daniel Galiç, Qoran İsek, Mladen Yurçeviç, Toni Kovaçeviç, İvan Mihalj, Mario Moçiç, Darko Noyiç, İqor Omrcen, Fran Peterlin, Draqan Piljiç, İvan Raiç, Matija Sablyak, Sven Sarceviç, Nikola Şerbakov, Marko Sedlaçek, Roko Sikiriç, İvan Tropan, Yasmin Vakufaç, Sim Vulin, Timafey Jukovski və Stanislav Zimakiyeviçdir.
Qeyd edək ki, I təsnifat mərhələsinə məhz Xorvatlar ev sahibliyi edəcək. Oyunlar mayın 24-26-da Zaqrebdə keçiriləcək. Qrupumuzda, həmçinin Hollandiya və Bosniya və Herseqovina da yer alıb. Komandamızın xorvatlarla qarşılaşması isə ilk tura təsadüf edəcək.

0
0