Hollandiya millisinin Azərbaycanla oyunda güvənəcəyi heyət - SİYAHI
11.05.2013 - 14:52
Hollandiya millisinin Azərbaycanla oyunda güvənəcəyi heyət - SİYAHI
Kişi voleybolçular arasında DÇ-2014-ün I təsnifat mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Hollandiya yığmasının heyəti dəqiqləşib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Benne Edvin Zaqrebde keçiriləcək oyunlar üçün 23 nəfərlik siyahı açıqlayıb.

O, Azərbaycan, Xorvatiya və Bosniya və Herseqovina komandaları ilə matçlarda Dik Kooy, Humfrey Krolis, Kay Van Dijk, Dirk-Yan Van Gendt, Nimir Abdel-Aziz, Niko Freriks, Daan Van Haarlem, Zijs Ter Horst, Jelte Maan, Gijs Yorna, Sebastian Van Bemmelen, Evoud Qommans, Yeroen Rsuverdink, Syoerd Huqendurn, Vitze Kuistra, Maarten Van Qarderen, Niels Klapviyk, Tomas Koeleviyn, Robin Overbeek, Yohannes Bontye, Robbert Andrinqa və Mixael Parkinsona güvənəcək.

Qeyd edək ki, Hollandiya – Azərbaycan görüşü mayın 25-də keçiriləcək.