Bakıya İtaliya çempionu kimi gəlir
13.05.2013 - 08:22
“Azərreyl”in yeni baş məşqçisi Covanni Kaprara Bakı klubuna İtaliya çempionu kimi gələcək. Apasport.az saytının məlumatına görə, hazırda “Pyaçentsa”nı çalışdıran mütəxəssis komandasına A seriyasının qızıl medallarını qazandırıb.
Belə ki, “Pyaçentsa” İtaliya çempionatının finalında “Konegliano” ilə 4-cü matçda 3-cü qələbəsini qazanaraq, ölkəsinin ən güclüsü olub. Onlar 3:1 (25:10, 25:12, 22:25, 25:9) hesabı ilə qalib gəldikləri qarşılaşmanı Kaprara cəzalı olduğu üçün tribunadan izləyib.
Qeyd edək ki, italiyalı mütəxəssis yeni mövsümdən “dəmiryolçular”la işləyəcək.

0
0