Bolqarıstana lazım 4 “azərbaycanlı”
13.05.2013 - 19:59
Bolqarıstana lazım 4 “azərbaycanlı”
Qadın voleybolçulardan ibarət Bolqarıstan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Marçello Abbondanza Avropa Liqasında güvənəcəyi siyahını müəyyənləşdirib.

“Rabitə”nin sabiq çalışdırıcısı “18-liyə” Azərbaycan Super Liqasından 4 oyunçunun adını da daxil edib. O, qitənin nüfuzlu yarışında Dobriana Rabadjiyeva (“Rabitə”), Mariya Filipova (“Lokomotiv”) və Xristina Rusevaya (“Telekom”) şans verəcək. Maraqlıdır ki, siyahıda 4-cü voleybolçu mövsümün gedişində “Lokomotiv”dən ayrılan Diana Nenovadır. Onun hazırkı klubu kimi məhz Bakı təmsilçisi göstərilib.