“Azərreyl” birini də yola saldı
14.05.2013 - 08:53
“Azərreyl” birini də yola saldı
Polşa millisinin voleybolçusu Milena Radeçka yeni mövsümdən “Azərreyl”də oynamayacaq. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” son mövsümdə gözlənilən oyunu nümayiş etdirə bilməyən toppaylayıcı ilə müqaviləni uzatmaq niyyətində deyillər.

Buna komandanın və Azərbaycan millisinin əsas oyun qurucusu Oksana Porxomenkonun zədə problemini arxada qoyması da səbəb olub. Nəticədə Radeçkanın vətənində çıxış edəcəyi real görünür. Çünki 29 yaşlı voleybolçu artıq “Çemik Police”nin transfer siyahısına da salınıb.

Qeyd edək ki, “dəmiryolçular” mövsümün sonunda Riikka Lehtonen (Finlandiya) və Karolina Vensinklə də yolları ayırmışdı.