Eysebio “Benfika” ilə birgə Amsterdama getdi
15.05.2013 - 04:12
Portuqaliya millisinin və “Benfika”nın sabiq futbolçusu Eysebio komandasını yalnız qoymayıb. Apasport.az saytının məlumatına görə, veteran oyunçu “qartallar”la birgə bu gün “Çelsi” ilə keçirilən final oyunu üçün Amsterdam şəhərinə gedib.
Maraqlıdır ki, Eysebio 1962-ci ildə məhz Hollandiyanın paytaxtında “Benfika”nın heyətində Çempionlar Kubokunun finalında forma geyinib. Həmin zaman isə onun 20 yaşı vardı. “Real”la görüşdə Eysebio komandasının qələbə qazanmasında kömək edib.
Qeyd edək ki, Eysebio karyerası ərzində Portuqaliya çempionatında 313 matçında meydana çıxıb və rəqib qapılarından 320 top keçirib. Həmçinin o, milli komandanın heyətində 64 oyunda forma geyinib və 41 qola imza atıb.

0
0