“Mən bu suala cavab verəsi adam deyiləm” - MÜSAHİBƏ
17.05.2013 - 09:48
“Rabitə”nin sabiq baş məşqçisi Marçello Abbondanza Bakıdan gedişindən sonra ilk müsahibəsini verib. Apasport.az saytının məlumatına görə, “Fənərbaxça” ilə yanaşı, Bolqarıstan millisində də işləyən italiyalı mütəxəssis Azərbaycan çempionunda ayrılmasına münasibət bildirməsə də, ölkəmiz barədə danışıb.
- Növbəti mövsümdə yeni komandada – “Fənərbaxça”da çalışacaqsız. Sizin təyinatla Türkiyənin bütün nəhəng klublarının “sükanı arxası”nda italiyalılar duracaq. Bunu necə dəyərləndirərdiz?
- Mən bu suala cavab verəsi adam deyiləm. Bəlkə də bizim bəxtimiz gətirib ki, son illərdə voleybol səviyyəmiz artıb. Bu artım bizə texniki, taktiki biliklərlə yanaşı əvəzsiz təcrübə də bəxş edib. Düşünürəm ki, italiyalı məşqçilərin son illərdə formalaşması çox yüksək səviyyədə olub. Bu da bizə voleybol bazarında yeni səhifələr açmağa imkan verir.
- İtaliya voleybolunda maliyyə böhranı olsa da, məşqçiləriniz uğurlu fəaliyyətini davam etdirir. Sizcə buna səbəb nədir?
- Təbii ki, böhran A seriyasına çox təsir edib. Çempionlar Liqasının “Dördlər finalı”nda çıxış edən bütün komandaların baş məşqçiləri italiyalılar idi. Azərbaycanın da ən yaxşı klublarını da italiyalılar çalışdırır. Türkiyə, Fransa və digər ölkələrdə də həmyerlilərim kifayət qədərdir.
- Böyük pulların olduğu Azərbaycan voleybolunda maraq nə dərəcədədir?
- Əlbəttə ki, Bakıda voleybola maraq İtaliya və digər ölkələrdəki kimi deyil. İtaliya və Bolqarıstanda isə voleybolda ənənə və mədəniyyətə görə var. Buna baxmayaraq, avrokuboklar zamanı Bakıda da tribunalar dolu olur. Lakin mövsümün gedişində, çempionat oyunlarında çox az sayda tamaşaçı zala gəlir.
- Xanımınız Françeska Giogolinin sizinlə birgə Bolqarıstana gəlməsi diqqətimizdən yayınmadı. O, həmişə sizinlə olur?
- Çexiyada dünya çempionatının seçmə oyunları keçirilən zaman da mənimlə birgə idi.

0
0