“Azərbaycandan heç kim imtina etməz” - MÜSAHİBƏ
17.05.2013 - 11:16
“Lokomotiv”in yeni serbiyalı transferi Suzana Sebiç vətənində müsahibə verib. Apasport.az saytının məlumatına görə, 29 yaşlı libero keçidindən danışıb.
- Dekabrda “Rabitə”dən ayrıldıqdan sonra karyeranızı yenidən Azərbaycan paytaxtında davam etdirəcəksiz. Bu necə reallaşdı?
- Bəli, artıq müəyyən fasilədən sonra yenidən meydana qayıdacağam. Çünki “Rabitə”dən ayrıldıqdan sonra hər hansısa klubla anlaşmamışdım. Yeni mövsüm üçün “Lokomotiv”dən təklif gəldi və razılaşdım. Artıq yeni klubumla 1 illik müqavilə imzalamışam.
- 5 aylıq fasilədən sonra yenidən Azərbaycandan təklif almağınızı necə qarşıladız?
- Düzünü desəm, hər şey mənim üçün bir az gözlənilməz oldu. Nəzərə alsaq ki, bu Azərbaycanın digər klubudur, indi tam başqa tarix olacaq.
- “Lokomotiv”də şərait necədir? Bu barədə məlumat toplamısızmı?
- Bilirəm ki, orada hər şey əladır. Şəraitlə bağlı hansısa problem yoxdur. Yəni, Azərbaycandan heç kim imtina etməz.
- Siz dekabrdan bu günə kimi oynamırsız. Hazırlığınız necədir?
- Azərbaycandan qayıdandan sonra məndə 2-3 həftə fasilə oldu. Bunun ardınca vaxt itirməyib, işə başladım.
- Onda hansısa komandanın düşərgəsində idiniz?
- Bəli, yanvarın əvvəlindən “Srvena Zvezda” ilə məşq etdim. Bu, baş məşqçi Vladimir Bankoviçin rəhbərliyi altında oldu. Onu etiraf etməliyəm ki, mən klubsuz olsam da, boşalmırdım. Hazırda yaxşı formadayam və yeni mövsümə hazırlığa başlama gününü gözləyirəm. Mayın 20-də isə “Lokomotiv”in düşərgəsində də olacağam.

0
0