Yığmamızın hücumçusundan serb legionerə dəstək
18.05.2013 - 13:51
Yığmamızın hücumçusundan serb legionerə dəstək
Azərbaycan milli komandasının voleybolçusu Natalya Məmmədova çıxış etdiyi Rusiyanın “Omiçka” klubunda daha bir bacarığı ilə fərqlənib. Apasport.az saytının məlumata görə, dünyanın ən güclü oyunçularından olan hücumçumuz serbiyalı komanda yoldaşı Boyana Jivkoviçə dəstək verməsi ilə diqqət mərkəzinə düşüb.

Bunu Omsk təmsilçisinin kapitanı Yelena Yuryeva açıqlayıb. O bildirib ki, Natalya serb dilini bilməsi sayəsində yeni oyunçunu tək qoymayıb: “Boyana daha çox Natalya Məmmədova ilə dostluq edir. Onlar çox yaxşı ünsiyyətdədirlər, serb dilində söhbət edirlər. Düzdür, mövsümün sonlarında Boyana rus silində də danışmağa başlamışdı. Biz hamımız ona komandaya uyğunlaşmaqda köməklik etdik”.

Kapitan Natalyanın yoxluğunun nə dərəcədə çətin olduğunu da gizlətməyib: “Kazan “Dinamo”su ilə yarımfinal matçlarında elə-belə təslim olmadıq. Döyüşdük, mübarizə apardıq. Liderimiz Natalya Məmmədovanın oynamadığı 2 qarşılaşmada da belə etdik. Lakin onun yoxluğunda torun digər tərəfində Yekaterina Qamova və dünyanın digər ən yaxşılarının olması işimizi çətinləşdirdi”.

Qeyd edək ki, “Omiçka” Rusiya Superliqasının bürünc mükafatını qazanıb.