Kişi voleybolçular arasında Azərbaycan çempionatı keçiriləcək
21.05.2013 - 15:16
Kişi voleybolçular arasında Azərbaycan çempionatı keçiriləcək
Bu gün Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti Faiq Qarayev və baş katib Elşən İsmayılov kişilərdən ibarət milli komanda ilə görüşüb. Apasport.az saytının məlumatına görə, qurum rəsmiləri dünya çempionatının I təsnifat mərhələsi öncəsi baş tutan görüşdə yığma üzlərinin problemləri ilə maraqlanıblar.

Burada yeni mövsümdə artıq kişilər arasında da Azərbaycan çempionatının keçiriləcəyi bildirilib. Qarayevlə İsmayılov mayın 24-26-da baş tutacaq oyunlarda millimizə qələbə və uğurlu nəticə arzulayıb.

Qeyd edək ki, yığmamız təsnifat mərhələsinin görüşlərini Xorvatiyada keçirəcək. Qrupumuzda ev sahibləri ilə yanaşı, Bosniya və Herseqovina və Hollandiya milliləri yer alıblar. Komandamız səfərə mayın 23-də yollanacaq.