Faiq Qarayev Avropa Oyunları ilə bağlı planları açıqladı
21.05.2013 - 15:38
“Hazırda Azərbaycan Voleybol Federasiyasının qarşısında böyük planlar durur”. Apasport.az saytının məlumatına görə, bunu Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev deyib.
Qadınlardan ibarət Azərbaycan millisinin də baş məşqçisi olan təcrübəli mütəxəssis qurumun qarşıdakı planlarını açıqlayıb. Belə ki, ölkəmiz 2015-ci ildə keçiriləcək ilk Avropa Oyunlarında voleybol və çimərlik voleybolu növlərinin hərəsində 2 – kişi və qadın yığmaları ilə təmsil olunacaq. Qarayev Bakıda baş tutacaq bu məsul yarış üçün daha güclü komandaların olmasını vacib sayır: “Avropa Oyunlarına hazırlıq üçün yeni çimərlik voleybolu meydançaları tikilməlidir. Bununla yanaşı, bazaların salınması da vacibdir. Həmçinin, yarışda ölkəmizi layiqincə təmsil etmək üçün daha güclü qadın və kişilərdən ibarət yığmalarımız olmalıdır. Bu, planların bir hissəsidir”.
Qeyd edək ki, I Avropa Oyunları 2015-ci il iyunun 12-28-də olacaq.

0
0