Startdaca məğlubiyyət
25.05.2013 - 09:18
Startdaca məğlubiyyət
Kişi voleybolçular arasında dünya çempionatının I təsnifat mərhələsinin oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, A qrupunda yer alan Azərbaycan millisi ilk görüşünü Xorvatiya yığmasına qarşı keçirib.

Oyun komandamızın məğlubiyyəti ilə nəticələnib. Qrup oyununa ev sahibliyi edən xorvatlar 3:1 (25:16, 23:25, 25:19, 25:17) hesabı ilə qalib gəliblər. Komandamız ikinci matçını Hollandiyaya qarşı keçirəcək.

Qeyd edək ki, qrupumuzun digər matçında Hollandiya Bosniya və Herseqovinanı 3:0 (25:14, 25:23, 25:14) ilə məğlub edib.