Türkiyə yığmasının matçında azərbaycanlı baş hakim
25.05.2013 - 16:51
Beynəlxalq dərəcəli azərbaycanlı hakim Eldar Zülfüqarov Avropa Voleybol Konfederasiyasından növbəti təyinat alıb. Apasport.az saytının məlumatına görə, həmyerlimiz Avropa Liqasının A qrupunun oyunlarını idarə edəcək 4 hakimdən 1-i olacaq.
Türkiyədə baş tutacaq ilk mərhələdə Zülfüqarov “ay-ulduzlular”ın Macarıstan (14 iyun) və Rumıniya (15 iyun) ilə qarşılaşmalarında əsas hakim funksiyasını yerinə yetirəcək. O, Macarıstan – Rumıniya (16 iyun) duelində isə köməkçi referi olacaq.
Qeyd edək ki, A qrupunda adı sadalanan yığmalarla yanaşı, Bolqarıstan millisi də yer alıb.

0
0