Milli komandamız da qələbə qazanarmış...
27.05.2013 - 09:18
Kişi voleybolçular arasında dünya çempionatının I təsnifat mərhələsinin oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, A qrupunda yer alan Azərbaycan millisi yer aldığı qrupda 3-cü pilləni tutub.
Belə ki, Sahib Əliyevin yetirmələri Xorvatiya millisinə 1:3 hesablı məğlubiyyətin ardından Hollandiyaya 0:3 (18:25, 17:25, 14:25) hesabı ilə uduzub. Komandamız son qarşılaşmasında Bosniya və Herseqovina ilə qarşılaşıb və qrup sonuncusu olmaqdan qaçıb. Onlar rəqiblərinə 3:1 (27:25, 15:25, 25:18, 25:23) hesabı ilə qalib gəliblər.
Beləliklə, növbəti qrup mərhələsini Xorvatiya lider kimi başa vuraraq, növbəti mərhələyə yüksəlib.

Xorvatiya | 3 | 3 | 0 | 9-1 | 251-193 | 9 |
Hollandiya | 3 | 2 | 1 | 6-3 | 219-178 | 6 |
Azərbaycan | 3 | 1 | 2 | 4-7 | 218-264 | 3 |
Bosniya və Herseqovina | 3 | 0 | 3 | 1-9 | 189-242 | 0 |
0
0