“Rabitə” ilə Çempionlar Liqasının qızılını qazanmaq istəyirəm”
27.05.2013 - 09:32
“Rabitə” ilə Çempionlar Liqasının qızılını qazanmaq istəyirəm”
Polşa millisinin voleybolçusu Katarjina Skovronska “Rabitə”yə keçidinə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, 30 yaşlı hücumçu Azərbaycan çempionunun heyətinə Çempionlar Liqasının qalibi olmaq üçün gəldiyini deyib.

“Rabitə” ilə 1 illik müqavilə bağlamışam. Bu klubla arzumu gerçəkləşdirib, medal kolleksiyamda olmayan Çempionlar Liqasının qızılını qazanmaq istəyirəm. Mənim üçün həm də Avropaya qayıtmaq vacib idi. Çünki 2 il idi “Köhnə qitə”dən kənarda - Çinin “Quançjou Everqrand”da çıxış edirdim. Bu qərarı verdiyim üçün xoşbəxtəm” – deyə, Katarjina bildirib.

Qeyd edək ki, yığması ilə 3 dəfə Avropa çempionu olan Skovronska İtaliya, Türkiyə, Çin, Asiya Çempionlar Liqası, klublararası dünya çempionatının qalibi olsa da, Avropa Çempionlar Liqasında bürünc qazana bilib.