“Rabitə”də daha 2 imza - FOTO
29.05.2013 - 08:34
“Rabitə” daha 2 voleybolçusu ilə yollarını davam etdirməyə qərar verib. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi ötən ilki heyətindən Katarjina Skorupa (Polşa), Foluke Akinradevo (ABŞ) və Aurea Kruzun (Puerto-Riko) ardından Nataşa Krsmanoviç və Brenda Kastillo ilə də müqaviləni uzadıb. Müvafiq olaraq, serbiyalı və dominikanlı voleybolçular yeni mövsümdə də Azərbaycan çempionunun uğurları üçün çalışacaq.
Qeyd edək ki, “Rabitə” həmçinin Katarjina Skovronska (Polşa), Reyçel Rurk (Avstraliya) və Dora Horvatı (Macarıstan) transfer edib.
Qeyd edək ki, “Rabitə” həmçinin Katarjina Skovronska (Polşa), Reyçel Rurk (Avstraliya) və Dora Horvatı (Macarıstan) transfer edib.
0
0