Yeni adla yeni elçilik
30.05.2013 - 11:00
“Azəryol” rəhbərliyi yenidən asiyalı voleybolçuya elçi düşüb. Apasport.az saytının məlumatına görə, yeni adla beynəlxalq arenada debüt edəcək Bakı təmsilçisi növbəti dəfə Cənubi Koreya və “Fənərbaxça”nın lideri Yeon Kinq Kimə maraq göstərir.
Onların istəyinin bu dəfə reallaşması isə çox güman çətin olmayacaq. Çünki voleybolçu üçün “Azəryol” bir neçə variantda sərfəlidir.
Belə ki, 2011/2012 mövsümündə Avropanın ən güclüsü seçilən Kim istanbullularla ötən il CEV kubokunda oynadı və bu, heç də onun ürəyincə olmadı. Bu azmış kimi Avropa Voleybol Konfederasiyası 2012/2013 mövsümünü medalsız başa vuran “Fənərbaxça”ya yenə Çempionlar Liqasında çıxış etmək üçün güzəştli kart vermədi. Belə gedişlər isə asiyalının parladığı klubdan ayrılmasına səbəb ola bilər. Həmçinin, “Azəryol” Kimə istanbullularla müqayisədə fantastik məbləğdə pul təklif edir.
Hələlik vətənində “Hunqkuk” klubuna məxsus cənubi koreyalı qərar verməkdə tələsmir. Onun bir daha “Azəryol”un təklifini nəzərdən keçirdikdən sonra qərar verəcəyi bildirilir.
Qeyd edək ki, Bakı təmsilçisi hələlik braziliyalı Ancelo Vercesini baş məşqçi postuna gətirib, Kseniya Kovalenko, Oksana Parxomenko və Valeriya Korotenko ilə müqaviləni uzadıb.

0
0