Azərbaycan çempionu 2 oyunçusu ilə müqaviləni yeniləmədi - FOTO
30.05.2013 - 14:45
“Rabitə” 2 voleybolçusu ilə yeni mövsüm üçün müqavilə imzalamayıb. Apasport.az saytının məlumatına görə, son illərin dəyişməz Azərbaycan çempionu ötən il heyətinə qatdığı almaniyalı Angelina Qrün və ukraynalı Aleksandra Fomina ilə vidalaşıb. Nəticədə təcrübəli voleybolçular özlərinə yeni komanda axtarışına çıxıblar. Lakin onların hansınınsa karyeralarını bitirməsi də istisna deyil.
Qeyd edək ki, Qrünlə Fomina “Rabitə”nin heyətində Azərbaycan çempion olmaqla yanaşı, klublararası dünya çempionatının və Çempionlar Liqasının gümüş medalını qazanıb.
Qeyd edək ki, Qrünlə Fomina “Rabitə”nin heyətində Azərbaycan çempion olmaqla yanaşı, klublararası dünya çempionatının və Çempionlar Liqasının gümüş medalını qazanıb.
0
0