Braziliya millisindən Azərbaycan çempionuna baş məşqçi gəlir
31.05.2013 - 11:25
Braziliya millisindən Azərbaycan çempionuna baş məşqçi gəlir
Azərbaycan çempionu “Rabitə”ni yeni mövsümdən braziliyalı Paulo Koko çalışdıra bilər. Apasport.az saytının məlumatına görə, braziliyalı həmkarlarımız 46 yaşlı mütəxəssisin Bakı klubu ilə anlaşdığını iddia edir.

Belə ki, onlar Marçello Abbondanzanın gedişindən sonra boş qalan baş məşqçi postuna Kokonun gətirildiyi barədə xəbər yayıb. Buna əsasən hazırda qadın voleybolçulardan ibarət Braziliya millisində Ze Robertonun köməkçisi işləyən təcrübəli mütəxəssislə yeni mövsüm üçün razılıq əldə olunub.

Qeyd edək ki, Kokonun təyinatı rəsmiləşərsə, o, “Rabitə”nin tarixində ilk braziliyalı baş məşqçi olacaq.