“Kitayski” transfer - EKSKLÜZİV
03.06.2013 - 18:02
“İqtisadçı” növbəti transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi Çin millisinin toppaylayıcısı Vey Kiuyuenin ardınca orta sahə oyunçusu Yun Ven Manı da “universitetə” qəbul edib.
189 sm boya malik 27 yaşlı voleybolçu ilə 1 illik razılıq əldə olunub. O, “İqtisadçı”ya “Şanxay” klubundan transfer olunub. Karyerası boyunca – 2000-2003-də gənclər, həmin vaxtdan son mövsümə kimi əsas komandada oynayan Ma 3 dəfə (2009, 2010, 2012) Çin çempionu olub.
2005-ci ildən əsas yığmaya çağırılan oyunçu burada 189 matça çıxıb. Millisi ilə 2 dəfə Asiya Kuboku (2008, 2010), 2 dəfə Asiya çempionatı (2005, 2011) və 1 dəfə Asiya Oyunlarının (2010) qızıl medalına yiyələnib. O, həmçinin dünya Qran-prisinin (2007), Asiya çempionatının (2007, 2009) ikincisi, Pekin Olimpiadasının (2008) və Dünya Kubokunun üçüncüsü olub.
Qeyd edək ki, “İqtisadçı” Kiuyuen və Ma ilə yanaşı, amerikalı Aleksandra Klinemanla da müqavilə bağlayıb.

0
0