Azərbaycan çempionu Rumıniya “Dinamo”sunda - FOTO
04.06.2013 - 14:30
Azərbaycan çempionu Rumıniya “Dinamo”sunda - FOTO
Ötən mövsümün sonlarında “Lokomotiv”dən kənarlaşdırılan Bolqarıstan millisinin voleybolçusu Diana Nenova özünə yeni iş yer tapıb. Apasport.az saytının məlumatına görə, 2010-cu ildən Azərbaycanda çıxış edən toppaylayıcı karyerasını Rumıniyada davam etdirəcək.

Belə ki, “dəmiryolçular”ın 28 yaşlı sabiq kapitanı “Dinamo-Romprest”lə razılığa gəlib. Tərəflərin bugünlərdə 1 illik rəsmi müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, 2010/2011 mövsümünü “Rabitə”də keçirən Nenova bu klublar Azərbaycan çempionu və Çempionlar Liqasının gümüş medalını qazanıb. Ardınca “Lokomotiv”ə keçən Dinana burada isə Super Liqanın gümüş və “Çelenc Cup”ın qızıl medalına yiyələnib.