Çempionlar Liqasında püşkün vaxtı dəqiqləşdi
05.06.2013 - 08:58
Voleybol üzrə Çempionlar Liqasının püşkatma mərasiminin vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, qitənin ən nüfuzlu klub turnirinin püşkü iyunun 28-də atılacaq. Avstriyanın paytaxtı Vyanada baş tutacaq tədbirdə həm kişi, həm qadın komandaların rəqibləri bəlli olacaq.
Qeyd edək ki, bu yarışda Azərbaycan ardıcıl ikinci il 3 komanda ilə təmsil olunacaq. Çempionlar Liqasında ölkəmizin idman şərəfini “Rabitə”, “Azəryol” və “İqtisadçı” qoruyacaq.
Qeyd edək ki, bu yarışda Azərbaycan ardıcıl ikinci il 3 komanda ilə təmsil olunacaq. Çempionlar Liqasında ölkəmizin idman şərəfini “Rabitə”, “Azəryol” və “İqtisadçı” qoruyacaq.
0
0