İtaliya yığmasının üzvü Azərbaycana buraxılmadı
05.06.2013 - 09:41
İtaliya çempionu “Pyaçentsa” “Azəryol”un növbəti arzusunu da gözündə qoyub. Apasport.az saytının məlumatına görə, son anda baş məşqçisi Covanni Kapraranın Bakı klubuna keçməsinin qarşısını alan Apennin təmsilçisi bu dəfə ulduz voleybolçu Lusia Bosettinin komandamıza gəlişinə əngəl olublar.
Belə ki, danışıqların müsbət yekunlaşdığı İtaliya millisinin oyunçusu sonradan fikrini dəyişib. 24 yaşlı hücumçu “Pyaçentsa” təklifini qəbul edərək, “Azəryol”la müqavilə bağlamaqdan üz döndərib.
Belə ki, danışıqların müsbət yekunlaşdığı İtaliya millisinin oyunçusu sonradan fikrini dəyişib. 24 yaşlı hücumçu “Pyaçentsa” təklifini qəbul edərək, “Azəryol”la müqavilə bağlamaqdan üz döndərib.
0
0