Finlandiyalı ulduz: Yenidən Bakıya qayıtmaq?
05.06.2013 - 13:19
“Zədəmin sağalması ilə məşğulam. Həkimlərin məsləhəti ilə mövsümün sonunda oynamadım, yeni ildə necə olacağını demək isə tezdir”. Apasport.az saytının məlumatına görə, bunu Finlandiya voleybolunun ulduzu Riikka Lehtonen deyib.
Əfsanəvi oyunçu son mövsümdə “Azərreyl”in (indiki “Azəryol”) heyətində zədələndikdən sonra vətəninə döndü. Komanda rəhbərliyi 34 yaşlı voleybolçu ilə müqaviləni qarşılıqlı şəkildə pozsa da, finlandiyalı həmkarlarımız ondan yenidən Bakıya qayıtmaq variantını soruşublar. Lehtonen isə buna özünəməxsus şəkildə cavab verib: “Yenidən Bakıya qayıtmaq? Bunu bilmirəm. Mən hələ sağlamlığım barədə düşünürəm. Bundan sonra yeni komanda barədə fikirləşmək olar”.
Qeyd edək ki, Lehtonen 2010/2011 mövsümündə də Azərbaycanda oynayıb. O, həmin vaxt “İqtisadçı” ilə Super Liqanın bürünc medalını qazanıb.

0
0